28 Avqust 2025 / 18:58

Oğul anasını güllələdi, sonra intihar etdi

Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.

Tezadlar.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

Kənd sakini 55 yaşlı İsayev Malik Xanlar oğlu anası 87 yaşlı Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.

S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!