24 Sentyabr 2025 / 19:50

Oğul atasının başını kəsdi

Türkiyədə oğul atasının başını kəsib.

Tezadlar.az yerli mediaya istinadla xəbər verir ki, hadisə İstanbul şəhərinin Sultanqazi qəsəbəsində qeydə alınıb.

Gecə saatlarında 29 yaşlı Nurhan Günəşli ilə 54 yaşlı Nuri Günəşli arasında münaqişə yaranıb. Münaqişə zamanı oğul atasının boğazını kəsib.

Hadisə yerinə gələn həkimlər kişinin öldüyünü müəyyən ediblər.

Cinayətkar oğul isə saxlanılaraq, həbs olunub. Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!