11 Aprel 2026 / 14:38

Oğul Xamenei ağır üz və ayaq xəsarətləri alsa da zehni ayıqdır…

Deyilən və yazılanlar doğru çıxdı: İranın yeni ali rəhbəri, oğul Müctəba Xamenei müharibənin əvvəlində atasının öldürüldüyü hava zərbəsi zamanı aldığı ağır üz və ayaq xəsarətlərindən hələ də müalicə alır. Tezadlar.az CNN- türk- ə istinadla bildirir ki, bu barədə “Reuters“ Agentliyinə yaxın mənbələrdən bildirilib. Sitat: “Tehranın mərkəzində ali rəhbərin iqamətgahına edilən hücum zamanı Xameneinin üzü ciddi şəkildə zədələnib, həmçinin onun bir və ya hər iki ayağında ağır xəsarət qeydə alınıb. Buna baxmayaraq 56 yaşlı Xamenei aldığı xəsarətlərdən sağalmaqdadır və mənbələrin bildirdiyinə görə, zehni baxımdan ayıq qalır.
Həssas məsələ ilə bağlı danışdıqları üçün adlarının açıqlanmasını istəməyən şəxslərin sözlərinə görə, o, yüksək vəzifəli rəsmilərlə audio-konfrans vasitəsilə iclaslarda iştirak edir və müharibə, eləcə də Vaşinqtonla danışıqlar da daxil olmaqla əsas qərarların qəbulunda rol oynayır”.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!