Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Mart 2026 / 11:22

Oğurluq məqsədilə mənzillərin qapısını döyür, boş evlərin fotoşəkillərini çəkir… – VİDEO

Oğurluq məqsədilə mənzillərə daxil olmağa cəhd edən şəxs saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Belə ki, paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə mənzillərə daxil olaraq oğurluq etməyi planlaşdırıb. Onun digər bir nəfərlə birlikdə mənzillərin qapılarını yoxlaması, həmçinin mənzillərin giriş qapılarının fotoşəkillərini çəkməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır, M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.
Vətəndaşlara tövsiyə olunur ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər. Şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat verilməsi xahiş olunur.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!