Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Səbail rayonu İstiqlaliyyət küçəsində bir nəfərin skuterinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonu ərazisində yerləşən restorandan bir nəfərin 1070 manatını talamaqda şübhəli bilinən M.Quliyev polis əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
R.XUDATQIZI