10 Aprel 2026 / 21:37

Oğuz rayonunda 30 ağacın kəsilməsi ilə bağlı cinayət işi açıldı

Oğuz rayonunda 30 ədəd qızılağac ağacının kəsilməsinə görə polis cinayət işi başlayıb.

Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyini (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!