Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2025 / 10:59

“Oğuzda «meşə qırğını»: «Təzadlar» araşdırmalara başladı” yazısına Oğuz RİH-dən cavab gəldi

Tezadlar.az saytının 20 fevral tarixli buraxılışında yayımlanmış “Oğuzda «meşə qırğını»: «Təzadlar» araşdırmalara başladı” məzmunlu yazısına Oğuz rayon İcra Hakimiyyətindən cavab gəldi. RİH-nin rəsmi elektron poçtundan daxil olmuş cavabda deyilir: “Məsələ ilə bağlı 15 saylı Regional Meşə Təsərrüfat Mərkəzidən verilən məlumata əsasən bildiririk ki, qeyd edilən məsələ məhkəmə icraatındadır. Məhkəmənin yekun qətnaməsindən sonra işin nəticəsi bardə əlavə məlumat veriləcək”.

Qeyd edirik ki, adı çəkilən yazıda Oğuz şəhəri, yeni massiv sakini Əbdülxalıqov Hamil Ələddin oğlu tərəfindən «Təzadlar»a təqdim edilmiş şikayət məktubunda bildirilirdi ki, «15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu üzrə mühəndis vəzifəsini icra edən Məmmədov Valeh Yaqub oğlu ETSN-də həmyerlisi olan Meşələrin İnkişafı Xidməti rəisi Ramik Əşrəfov və ETSN 8 saylı Ekologiya İdarəsinin müdiri olan qardaşı Akif Məmmədovun himayədarlığı sayəsində meşə qırğını ilə məşğuldur…» və s.

Xatırladırıq ki, bu şikayət-müraciət «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» qanunların tələblərinə uyğun olaraq ictimailəşdirilməmişdən əvvəl nazirlik rəhbərliyinə və digər aidiyyəti qurumlara, məsul şəxslərə mövqe bildirilməsi üçün göndərilmişdi… Nazirlikdən hələki rəsmi cavab yoxdur.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

“Təzadlar”

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!