Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün yanvarın 26-da doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə çatıb. Tezadlar.az xatırladır ki, bu mərhələdə Badara kəndinə köçürülən 66 nəfərdən ibarət 15 ailəyə və Seyidbəyli kəndinə köçürülən 34 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Yurda qayıdışımız əbədi olsun!