10 Aprel 2026 / 12:51

Orbanın Macarıstan seçkilərində qalib gəlmək şansları belə qiymətləndirilib

Baş nazir Viktor Orbanın hakim Fidesz partiyası ifrat sağçı Bizim Vətən partiyası ilə koalisiya yarada və hakimiyyətdə qala bilər.

Tezadlar.az bildirir ki, politoloq Petr Miloserdov lenta.ru-ya verdiyi müsahibədə Macarıstan parlament seçkilərinin bu mümkün nəticəsinə işarə edib.

O, vurğulayıb ki, “Fidesz və ifrat sağçı Bizim Vətən partiyası arasında koalisiya çox ehtimal olunan nəticədir”.

Eyni zamanda, ekspertin fikrincə, müxalifətdəki Tisza partiyası səslərin sayına görə birinci yeri tuta bilər. Lakin Macarıstan parlamentindəki 199 yerdən yalnız 93-ü partiya siyahıları ilə bölüşdürülür, 106 mandat isə dairələrdə müəyyən edilir. Petr Miloserdov əlavə edib ki, orada vəziyyət daha qeyri-müəyyən və rəqabətlidir və nəticədə, Viktor Orban və Bizim Vətən minimal səs çoxluğu əldə edə bilər.

Petr Miloserdov həmçinin Viktor Orbanın məğlub olacağı təqdirdə Rusiya-Macarıstan münasibətlərinin gələcəyini proqnozlaşdırıb. O, Tisza partiyasının lideri Peter Magyarın da praqmatik olduğuna və Rusiya ilə bütün əlaqələri kəsməyəcəyinə inanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!