Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalçaçılıqda süni intellekt insanın önünə keçə bilməz.
Tezadlar.az xəbər verir ki, bunu müsahibəsində Milli Xalça Muzeyinin eksperti, əməkdar xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynov deyib.
Onun sözlərinə görə, süni intellekt xalçaçılıq sənəti üçün də problem yaradacaq səviyyədə inkişafdadır.
“Amma, fikrimcə, xalqın yaddaşına, kökünə, mədəni irsinə əsaslanan belə bir sənətdə süni intellekt insanın önünə keçə bilməz. Bəli, müəyyən mənada, ornamentləri deqradasiyaya uğrada bilər, bu isə, şübhəsiz, süni intellekti istifadə edən rəssamdan asılıdır”.
Rəssam bildirib ki, insan süni intellektlə davranışını təkmilləşdirməlidir.
“Bu ona görə lazımdır ki, uğursuz nəticələrə yol açılmasın. Ümumiyyətlə, yaradıcı sahələrdə süni intellektdən maksimum qaçmaq lazımdır. Çünki yaradıcılıq birbaşa düşüncəyə, beyinə, təxəyyülə bağlı bir şeydir”.
M.Hüseynov fabrik xalçaçılığı ilə əllə toxunan xalçanın fərqinə də toxunub.
“İndi fabrik xalçaçılığı inkişaf edir, amma əllə toxunan xalçanın ilməsini fabrikdəki maşın edə bilmir. İnsan bu gün kosmosa açılır, süni intellekti yaradır, amma insanın əllə toxuduğu ilməni fabrikdəki aparata mənimsədə bilmir, o effekti ala bilmir”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.