2 Oktyabr 2025 / 12:35

Ötən gün polis əməkdaşları 45 cinayət işinin üstünü açıb – asayişin 1 oktyabr hesabatı

Ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Tezadlar.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!