26 Avqust 2025 / 12:09

Ötən il Türkiyədən Gürcüstana gedən ziyarətçilərin sayı 1,3 milyondan çox olub

2024-cü ildə Türkiyədən Gürcüstana 1 milyon 300 mindən çox ziyarətçi gəlib.

Tezadlar.az     xəbər verir ki, bunu Gürcüstanın Türkiyə Respublikasındakı səfiri Arçil Kalandia  Tbilisi və Ankara arasında müntəzəm birbaşa aviareyslərin bərpası barədə danışarkən bildirib.

O vurğulayıb ki, oktyabr ayından etibarən Ankara–Tbilisi arasında birbaşa reyslərin bərpası şübhəsiz ki, turizm sektorunun daha da inkişafına töhfə verəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!