23 İyul 2025 / 09:10

Övladına qarşı cinsi zorakılıq edən Türkiyə vətəndaşı həbs olundu

Batumidə Türkiyə Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü şəxs ailə üzvünə qarşı təcavüz və hədə-qorxu ittihamı ilə saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, sözügedən şəxs öz övladına qarşı ölüm və sağlamlığa xəsarət yetirmə hədəsi ilə sistemli şəkildə cinsi zorakılıq edib. Araşdırmalar zamanı müəyyən edilib ki, o, bu əməlləri həm Gürcüstanda, həm də Türkiyədə törədib. Şəxsin saxlanılması kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində mümkün olub. Faktla bağlı Cinayət Məcəlləsinin 11-1-ci maddəsi ilə birgə 137-ci (təcavüz) və 151-ci (hədə-qorxu) maddələri üzrə istintaq aparılır. Təqsirləndirilən şəxsi 13 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!