Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Süni intellektin (AI) tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2000-dən çox dövlət qulluqçusunu ixtisar edəcək.
“Təzadlar” xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin imzaladığı müvafiq fərman milli qanunvericilik bazasında dərc edilib.
Sənəd “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır.
Orada yaxın vaxtlarda ölkənin icra hakimiyyətində 2141 vəzifənin ixtisar ediləcəyi bildirilir.