Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 16:47

“Özbəkistanda enerji Çindəkindən daha ucuz olacaq” – Məhəmməd Abunayan

Özbəkistan dünyanın ən rəqabətqabiliyyətli yaşıl enerji istehsalçısına çevriləcək.

Tezadlar.az xəbər verir ki, qazeta-ya istinadən xəbər verir ki, bu barədə iyunun 11-də Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Səudiyyə Ərəbistanının ACWA Power enerji şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Abunayan məlumat verib.

Onun fikrincə, Özbəkistan dünyanın ən rəqabətədavamlı yaşıl enerji istehsalçısına çevriləcək.

“İnanın, burada enerji Çindəkindən daha ucuz olacaq. Həqiqətən də burada külək hər zaman əsir,  hətta gözlədiyimizdən də çox”, – deyə Məhəmməd Abunayan vurğulayıb.

O, əlavə edib ki, Özbəkistanda ACWA Power investisiyalarının ümumi məbləği 5 milyard dolları ötür, 7,2 QVt gücündə müqavilə bağlanılıb, daha 2 QVt isə yekunlaşma mərhələsindədir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!