26 Aprel 2024 / 08:08

ÖZÜNDƏN 20 YAŞ KİÇİK QIZI QAÇIRAN ŞƏXS BARƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Xəbər verildiyi kimi, Bərdədə 45 yaşlı kişi 23 yaşlı qız qaçırıb. Daha sonra 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb.

Baş Prokurorluqdan TEZADADLAR.AZ-a bildirilib ki, 22.04.2024-cü il tarixdə saat 08 radələrində Bərdə rayonu Uğurbəyli kəndində yaşayan 1982-ci il təvəllüdlü Rzazadə Fərhad Zakir oğlu həmkəndlisi 2001-ci il təvəllüdlü Abdullayeva Sevinc İlqar qızını Bərdə rayonu Uğurbəyli kəndindən ailə qurmaq məqsədi ilə iradəsinə zidd olaraq zorla qaçırıb Tərtər rayonuna oradan isə Bakı şəhərinə aparıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!