Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Dekabr 2025 / 17:22

Özünü Ermənistanın qəhrəmanı adlandıran məhkəmədə cücəyə döndü

Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırıb… Bəs necə! Allah adamın əvvəlcə ağlını alır, sonra deyir, get Ermənistanın qəhrəmanı ol. Amma İrəvanda yox, Bakı həbsxanasında! Hər halda, bu, sərsəmliyin başlanğıcı və axmaqlığın ən yekəsidir!

Məsələ ondadır ki, Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən prosesində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib. O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib: “Xidmətdə olduğumuz zaman erməniəsilli Karen Avanesyan Xankəndidə silahlı müqavimət göstərdiyi barədə məlumat aldıq. Hadisə yerinə getdik və onu dəfələrlə silahı yerə qoyub təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan bizə qarşı silahlı müqavimət göstərirdi. Avanesyan silahlı halda şəhər ərazisində tədbir keçirilən əraziyə doğru gedirdi. Daha sonra qaçıb bir evə girdi. Mən özüm şəxsən onu təslim olmağa çağırdım, dedim ki, sənə heç nə edilməyəcək. Ancaq o yenə bizə doğru 6-7 atəş açıb qumbara atdı. Belə olduqda xidməti vəzifəmizi yerinə yetirərək silah işlədib onu yaralamaq məcburiyyətində qaldıq. Yaralı vəziyyətdə ələ keçən Avanesyanı xəstəxanaya apardıq. O, yaralı halda özünü Ermənistanın qəhrəmanı adlandırırdı”.

Bu da qəhrəmanlığın sonu: prokuror bu “qəhrəman”a 18 il iş oxudu. Görək məhkəmə nə deyəcək!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!