Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 May 2025 / 13:15

Pakistan Hindistanın hava limanını vurub

Pakistan Hindistanın Pəncab ştatındakı Amritsar hava limanına ballistik raket zərbəsi endirib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb. Məlumata görə, Hindistanın hava hücumundan müdafiə qüvvələri Pakistandan atılan raketi dəf etməkdə uğursuz olub. Bildirilir ki, Pakistan Amritsarla yanaşı, Calandhar və Batala şəhərlərinə də ballistik raketlər atıb. Məlumata görə, Hindistanın Pakistana hücumları nəticəsində ölənlərin sayı 31-ə, yaralıların sayı isə 57-yə çatıb.
Qeyd edək ki, mayın 6-da Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Pakistan da öz növbəsində qarşı tərəfin hədəflərinə hücum edib. İki ölkə arasında gərginlik hələ də davam edir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!