Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ arasında İslamabadda planlaşdırılan danışıqları davamlı atəşkəs üçün “həlledici an” adlandırıb.
Tezadlar.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Baş nazir Şərif xalqa müraciət edərək İran danışıqları və ölkədəki mövcud yanacaq qiymətlərinə toxunub.
İran və ABŞ arasında planlaşdırılan danışıqları “tarixi fürsət” adlandıran Şərif müharibənin əvəzinə danışıqların aparılmalı olduğunu bildirib.
“Sabah hər iki ölkənin (ABŞ və İran) liderləri danışıqlar aparmaq üçün dəvətimizlə İslamabadda olacaqlar. Pakistan çətin bir iş olan danışıqların uğur qazanmasını təmin etmək üçün əlindən gələni edəcək. Nəticə Allahın əlindədir”, – Şərif qeyd edib.
İran və Pakistana danışıqlara və sülhə nail olmaq üçün iki həftəlik atəşkəsə razılıq verdiklərinə görə təşəkkür edən Şərif “Pakistanın bu danışıqlara ev sahibliyi etməsi təkcə Pakistan üçün deyil, bütün müsəlman dünyası üçün qürurverici bir andır” fikrini bölüşüb.
İslamabadda keçiriləcək danışıqlara toxunan Şərif tərəflərin ya bu danışıqları davam etdirəcəklərini, ya da davam etdirməyəcəklərini qeyd edərək, “Danışıqların bu mərhələsi davamlı atəşkəs axtarışı üçün bir mərhələdir” deyib.
E.ŞİRİNOV