Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 11:34

Pakistanda qaz kəmərinə qarşı terror aktı törədilib

Pakistanın qərbindəki Harnay şəhərində yaraqlılar qaz kəmərini partladıblar, nəticədə Kvetta və Yuxarı Bəlucistana qaz təchizatı qismən dayandırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Pakistanın “The Express Tribune” qəzetinin məlumatında deyilir.

Partlayış nəticəsində yerli enerji şirkəti “Sui Southern Gas Company”yə (SSGC) məxsus qaz kəmərinin borusu zədələnib. Şirkətin nümayəndəsi qəzanı təsdiqləyərək bildirib ki, hadisə yerinə gələn mütəxəssislər qaz təchizatını dayandırıb və yanğını söndürüblər, lakin qaz kəməri tamamilə sıradan çıxıb.

SSGC-nin nümayəndəsi bəyan edib ki, boru kəmərinin zədələnmiş hissəsinin təmirinə hüquq-mühafizə orqanlarından icazə alındıqdan sonra başlanılacaq. Təmir işlərinin 12-24 saat davam edəcəyi və bundan sonra qaz təchizatının bərpa olunacağı gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!