Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Pakistanla investisiya, sənaye, enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tezadlar.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşüb.
Görüşdə iki dost ölkə arasında əlaqələrin qarşılıqlı etimad şəraitində möhkəmləndiyi, müxtəlif sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi münasibətlərin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, preferensial ticarət sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
RÖVŞANƏ