22 Sentyabr 2025 / 20:55

Pambıq yığımına hazırlıq görülür

Muğan bölgəsinin pambıq sahələrində defolvasiya işlərinə start verilib.

“Təzadlar”ın Muğan bürosunun məlumatına görə, hava şəraiti ilə bağlı olaraq işlər bu il bir qədər gec başlayıb.

Defolvasiya işləri pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə aparılır. Bundan sonra isə tarlalarda məhsul yığımına başlanılacaq.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda 9 865 hektar sahədə, İmişli rayonunda isə 7 898,9 hektar sahədə pambıq əkilib. Tarlalarda məhsul əsasən maşınlarla yığılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!