Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İjevskdə pansionatda üç pensiyaçı qadın xlor dumanından zəhərlənərək ölüb.
Tezadlar.az xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin Udmurtiya üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 8-də pansionatın 82 yaşlı qonağı binaların təmizlənməsi üçün nəzərdə tutulmuş xlor tabletlərini suda həll edib. Buna görə də kütləvi zəhərlənmə baş verib.
“Nəticədə, pansionatda yaşayan 4 qadın xlor buxarından zəhərlənib, onlardan 3-ü dünyasını dəyişib”, – idarədən bildirilib.
Bir qadın sağ qalıb; həkimlər indi onun həyatı üçün mübarizə aparırlar.
Faktla bağlı “təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb. Onun istintaqı davam edir, artıq tibbi və kimyəvi məhkəmə-tibbi ekspertizaları təyin edilib, bütün şahidlər dindirilib.
E.ŞİRİNOV