7 Aprel 2026 / 13:20

“Paraşüt qüllə”sinin “Saat qüllə”sinə çevrilmə hekayəsi-İNANILMAZ

 …Bakı şəhərinin ən tanınmış istirahət məkanlarından biri hesab edilən, Dənizkənarı parkın ərazisində yerləşən və “Saat qüllə”si adlandırılan 75 metrlik konstruksiya uzun illərdir ki,  əsas simvollarından birinə çevrilib.

Bu tikili bağlı zaman-zaman müxtəlif versiyalar səsləndirilsə də, onun tarixi daha maraqlı və qeyri-adi faktlarla zəngindir. Tezadlar.az xəbər verir ki, tarixi mənbələrin məlumatına əsasən, bu konstruksiya XX əsrin ortalarında paraşüt idmanı üçün nəzərdə tutulmuş xüsusi bir qüllə kimi inşa edilib. Bu konstruksiya Sovet dövründə tikilən ilk əhəmiyyətli obyekt hesab edilir. 1936-cı ildə istifadəyə verilən tikili o dövrdə gənclərin paraşütlə tullanma təcrübəsi qazandığı nadir idman obyektlərindən biri olub. Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə “Bakinskiy Raboçiy” maşınqayırma zavodunda hazırlanmışdır.

Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Paraşüt qülləsindən 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Lakin 1960-cı illərdə paraşüt qülləsindən tullanan bir nəfər şəxsin həlak olması ilə nəticələnən bədbəxt hadisədən sonra qüllənin idman məqsədli istifadəsi dayandırılmışdır. Bundan sonra onun sökülməsi gündəmə gəlsə də, lakin qüllə sökülməyərək keçmişin xatirəsi olaraq saxlanıldı. Tarixi mənbələrdə qeyd olunur ki, tikilinin memarlıq dəyəri və müəllifinin məşhur mühəndis Vladimir Şuxov olması barədə məlumatlar onun qorunmasında həlledici rol oynayıb. Məhz bu səbəbdən də konstruksiya sökülməkdən xilas edilib. 2008-ci ildən isə qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilir. Bu gün həmin tikili Bakı bulvarınin ən diqqətçəkən simvollarından biri kimi həm yerli sakinlərin, həm də turistlərin maraqla izlədiyi abidələr sırasındadır.

Hazırladı: RÖVŞANƏ

n

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!