19 Avqust 2025 / 20:19

Parlament binasında dəhşət: Finlandiyada bir nəfər həyatına son qoydu

Finlandiya parlament binasında dəhşətli hadisə qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, hadisə parlamentin daxilində baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Finlandiya Parlamentinin Təhlükəsizlik Xidmətinin rəhbəri hadisə ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib.

Hazırda həyatına son qoyan şəxsin deputat, yoxsa parlamentin işçi heyətinin üzvü olub-olmaması dəqiq bilinmir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!