22 Yanvar 2026 / 11:19

Parlament deputatlarının biznes və ianə fəaliyyəti: Gürcüstanda və Azərbaycanda!

Azərbaycanda deputatlarımızın qeyri-rəsmi, lakin faktiki  sahibkarlıq fəaliyyəti barədə yetərincə faktlar var… Halbuki qanun bunu qəti qadağan edir. Tezadlar.az xatırladır ki, “Transparency International – Gürcüstan” bu suala cavab axtarıb. Təşkilat gürcüstan parlamentindəki 41 deputatın  bizneslə əlaqəsi olduğunu açıqlayıb. Təşkilatın araşdırmasına görə, deputatların pay sahibi olduğu şirkətlər tenderlər və sadələşdirilmiş satınalmalar vasitəsilə dövlət vəsaitindən milyonlarla lari qazanıb.

Məlumatda deyilir ki, deputatların pay sahibi olduğu 7 şirkət 271 tender (465 900 569 lari), 13 şirkət isə 301 sadələşdirilmiş satınalma (7 736 986 lari) qazanıb. 2012-ci ildən indiyə qədər fəaliyyətdə olan deputatlar siyasi partiyalara ümumilikdə 2 738 586 lari ianə edib. Bunlardan 2 633 086 lari “Gürcü Arzusu”na və prezident namizədi Salome Zurabişviliyə, 66 500 lari “Milli Hərəkat”a, 39 000 lari isə “Xalq Qüvvələri” partiyasına verilib. Deputatların biznes gəlirləri də diqqət çəkir.

Hesabat dövründə milyonlarla lari gəlir əldə edən deputatlar arasında Anton Obolaşvili (4,86 mln lari), Şota Berekaşvili (4,71 mln lari) və Giorgi Chqonia (4,37 mln lari) yer alır. Ən çox şirkətdə pay sahibi olan deputat isə Vasil Chigogidze-dir (21 şirkət).

Araşdırmada həmçinin deputatların pay sahibi olduğu şirkətlərin dövlət satınalmalarında iştirakı və qazandıqları tenderlərin ətraflı statistikası təqdim edilib. Hesabat dövründə son təqdim edilmiş bəyannamələrə görə, milyonlarla lari və daha çox gəlir əldə edən deputatlar aşağıdakılardır: Anton Obolaşvili – 4 860 828,41 lari Şota Berekaşvili – 4 712 134,18 lari Giorgi Chqonia – 4 373 744,02 lari Zaal Dugladze – 1 470 979,19 lari Giorgi Barvenaşvili – 1 033 008,48 lari Lasha Talakhadze – 680 000 USD (bəyannamədə məbləğ dollarla göstərilib) Ən çox şirkətdə pay sahibi Vasil Chigogidze-dir (21 şirkət). 5-dən çox şirkətin ortaqları olan deputatlar: Vasil Chigogidze – 21 Giorgi Chqonia – 20 Giorgi Barvenaşvili – 11 Bejan Tsqadze – 8 Zaal Dugladze – 7 Giorgi Khakhubia – 6 Irakli Kirtskhalia – 6 Təşkilat bildirir ki, tədqiqat açıq mənbələrə əsaslanır və məlumatlar 2025-ci il 24 oktyabr tarixinə qədər olan dövrü əhatə edir.

Bəs Azərbaycanda belə bir araşdırma aparılsa, nələr üzə çıxar?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!