Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) 2024-cü ilin dekabrında yaradılan Fransua Bayru hökumətinə etimadsızlıq haqqında altıncı qətnaməni rədd edib.
Tezadlar.az parlamentin saytına istinadən xəbər verir ki, bunu palatanın iclasında səsvermənin nəticələri sübut edir.
Səsvermənin nəticələrindən sonra Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, “hökumətə etimadsızlıq haqqında qətnamə rədd edilib”.
Qətnamənin qəbulu üçün tələb olunan 289 səsdən yalnız 181-i qəbul edilib.
Fransa Sosialist Partiyası hökuməti istefaya göndərməyə çalışıb. Onun fraksiyaları Bayrunun “ölkədə miqrantların üstünlüyü ilə bağlı” açıqlamalarından narazı qalıb.
ELBAR