27 Avqust 2025 / 17:19

Parlament hökumətin istefasını dəstəkləməyib

“Denk” partiyasının rəhbəri Stefan van Baarle tərəfindən irəli sürülən Hollandiya hökumətinin hazırkı tərkibinə etimadsızlıq səsverməsi təşəbbüsü ölkə parlamentində dəstək görməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, bu təklif Azadlıq Partiyası, Sosialistlər və hətta Leyboristlər və “Yaşıl Sol”dan ibarət ən böyük müxalifət bloku tərəfindən rədd edilib. Siyasi təşkilatların nümayəndələri hökumətin işini əngəlləmək niyyətində olmadıqlarını bildiriblər və qeyd ediblər ki, Nazirlər Kabinetinin istefası ölkədə siyasi böhranı daha da gücləndirəcək və növbədənkənar seçkiləri yaxınlaşdırmayacaq.

Avqustun 23-də Hollandiya kralı Villem-Aleksander İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı fikir ayrılıqlarına görə istefa verən Yeni Sosial Müqavilə (MTK) partiyasından olan beş nazir vəzifəsini icra edən və dörd dövlət katibinin istefasını qəbul edib.

Xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp dünən axşam saatlarında istefa verib və Tel-Əvivə qarşı məhdudiyyətlərə qarşı “əhəmiyyətli əlavə addımlar ata bilməyəcəyi” qənaətinə gəldiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!