Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Parlament binası qarşısına toplaşan vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. Tezadlar.az Gürcüstanın İMEDİ kanalına istinadla xəbər verir ki, qarşıdurma etirazçılar yolu bağlamaq istəyən zaman baş verib. Belə ki, Rustaveli prospektinə toplaşan etirazçılar yolu bağlayıblar, bu zaman polis etirazçlardan bir neçə şəxsi saxlamağa cəhd edib, nümayişçilər isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına aksiya iştirakçılarını saxlamağa imkan verməyiblər.
Xatırlatmaq yerinə düşər ki, vətəndaşlar 89-cu gündür ki, hər gün Rustaveli prospektinə toplaşırlar. Onların əsas tələbləri yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasıdır.