Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2024 / 12:22

PARLAMENT SEÇKİLƏRİNDƏN SONRA ETİRAZ AKSIYALARINA HAZIRLIQLA BAĞLI ÇAĞIRIŞ VAR

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarını payızda keçiriləcək parlament seçkilərindən sonra küçə etirazlarına hazırlaşmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz inqilaba hazırlaşmırıq. Biz hamımız seçkiyə getməyə hazırlaşmalıyıq, seçkiləri müşahidə etməliyik, səslər uğrunda mübarizə aparmalıyıq. Və (respublikanın hakimiyyət orqanları – qeyd “Lenta.ru”) saxta nəticələr elan etdikdən sonra – onlar da saxta nəticələr elan edəcəklər – biz hamımız birlikdə hazırlamalıyıq ki, yüz minlərlə insan günlərlə, həftələrlə, aylarla küçələrdə dinc dayansın. Biz onları gürcü xalqının seçimini qəbul etməyə məcbur etməyənə qədər”, – deyə bildirilib.

İyulun 26-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri sülh və müharibə arasında seçim olacaq. O, həmçinin vurğulayıb ki, Qərbin Gürcüstanı tənqid etməsinin əsl səbəbi bu ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsidir.

Bundan əvvəl Gürcüstan parlamentinin müxalif deputatları xarici agentlər haqqında qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıblar. Onların fikrincə, qanun Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirlərin görülməsinin vacibliyini qeyd edən Konstitusiyaya ziddir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!