Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Baş nazir Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistan vətəndaşları region ölkələri ilə mövcud münaqişələrə görə 90-cı illərdən ölkəni tərk edirlər.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
“90-cı illərin əvvəllərindən biz davamlı olaraq miqrasiyadan danışır, müxtəlif səbəblər göstəririk: hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətraf mühitlə ziddiyyətli münasibətlərimiz, regional siyasətimizdir”, – deyə o, Azərbaycan və Türkiyə ilə münasibətlərə toxunub.
O, həmçinin əlavə edib ki, “hökumətinin siyasəti sayəsində” (Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması – TASS-ın qeydi) “dövlətin qarşısında duran vəzifələr qismən həll olunub, lakin yeni problemlər yaranır”.
E.ŞİRİNOV