28 Sentyabr 2023 / 10:24

PAŞİNYAN: TEZLİKLƏ QARABAĞDA ERMƏNİ QALMAYACAQ

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, yaxın günlərdə Qarabağda erməni əhalisi qalmayacaq.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

“Aparılan təhlillər göstərir ki, yaxın günlərdə Qarabağda daha erməni qalmayacaq”, o deyib.

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, saat 08:00-a olan vəziyyətə görə, Qarabağdan Ermənistana 66 mindən çox insan gəlib – bu, 120 minlik rayon əhalisinin yarıdan çoxudur.

Artıq 11 minə yaxın insan mənzillə təmin olunub, lakin bəzilərinin dövlət yardımına ehtiyacı var.

Xatırladaq ki, sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın 2024-cü il yanvarın 1-də mövcudluğunu dayandıracağı məlum olub. “Respublika”nın bütün “dövlət qurumları” ləğv ediləcək. Müvafiq sərəncamı tanınmamış respublikanın rəhbəri Samvel Şahramanyan imzalayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!