Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistandakı etirazların lideri arxiyepiskop Baqrat Qalstanyan ölkənin baş naziri Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Yerevanda keçirilən mitinqdə bildirib.
Qalstanyanın sözlərinə görə, Paşinyanın “artıq Ermənistanda gücü yoxdur”. Arxiyepiskop əlavə edib ki, o, baş nazirlə görüşməyə və onun gediş şərtlərini müzakirə etməyə hazırdır.
“İstefa vermək üçün bir saatınız var”, – o deyib.
Məlumata görə, minlərlə insan İrəvanın mərkəzindəki Respublika meydanında Azərbaycanla sərhədin delimitasiyası əleyhinə mitinqə toplaşıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub.
Paşinyan bundan əvvəl demişdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi 2024-cü ilin noyabrına qədər bağlana bilər.
Aprelin 19-da Ermənistanın Tavuş vilayətinin iki kənd yarımını Azərbaycana keçirmək niyyəti məlum olub. Bu barədə xəbərlər bölgədəki erməni əhalisinin etirazına səbəb olub.
E.ŞİRİNOV