14 Yanvar 2024 / 11:53

PAŞİNYANDAN DOĞRU XƏBƏR: NAXÇIVANLA YOLU AÇMAĞA HAZIRDIR…

“Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır”.

Tezadlar.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır”.
 Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəməyən qüvvələr var: “Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, – deyə baş nazir qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!