Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkliflər göndərib
İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi üzrə təkliflər göndərib və müsbət cavab olarsa, onu imzalamağa hazırdır.
Tezadlar.az “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsinin həllini təklif etmişik və Azərbaycan müsbət cavab verərsə, onu imzalamağa hazırıq”, – Paşinyan bildirib.
O əlavə edib ki, Azərbaycanın Ermənistanla bağlı öz anlayışı var və İrəvanın Bakını özünəməxsus şəkildə qəbul etməsi – bu, uzun illər münaqişəyə səbəb oldu.
E.ŞİRİNOV