Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Sentyabr 2025 / 20:28

Paşinyan Ermənistan-NATO əlaqələrinin əhəmiyyətindən danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin NATO ilə əlaqələrinin əhəmiyyətindən danışıb.

Bu barədə Tezadlar.az baş nazirin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Paşinyan İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rose-Roth seminarının keçirilməsini alqışlayıb və NATO ilə əlaqələrin vacibliyini vurğulayıb”, – Ermənistanın baş naziri NATO Parlament Assambleyasının prezidenti Markos Perestrella görüşündə bildirib.

Onun sözlərinə görə, mühüm əhəmiyyət həm də sülhməramlı missiyalarda və demokratik təsisatların gücləndirilməsinə yönəlmiş proqramlarda iştirak etməkdən ibarətdir.

Bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda NATO Parlament Assambleyasının seminarında çıxışı zamanı bəyan etmişdi ki, İrəvan NATO ilə münasibətlərini dəyərləndirir və möhkəmləndirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!