Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Baş naziri Nikol Paşinyan əhalini Ermənistan Apostol Kilsəsinin nümayəndəsi Ktritç Nersisyanın patriarxlıq iqamətgahından uzaqlaşdırılmasına hazır olmağa çağırıb. Tezadlar.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə paylaşdığı bəyanatında bildirib. Baş nazir qeyd edib ki, yaxın keçmişdə bir şirkətin icraçı direktoru şəxsi xəyanət səbəbilə vəzifəsini tərk edib, çünki həmin şirkətin konsepsiyasına görə ailə dəyərləri əsas prinsip sayılır. Paşinyan bildirib ki, Ermənistan Apostol Kilsəsinin qaydalarına əsasən, subaylıq andı içmiş keşiş şəxsi münasibətlər qurmaq hüququna malik deyil. O, keşiş Ktritç Nersisyanın bu andı pozaraq hələ də patriarxlıq iqamətgahını tərk etmədiyini və bununla da müqəddəs ana kilsəni – baş kafedral məbədi təhqir etdiyini vurğulayıb: “Bu davranışı ilə Ktritç Nersisyan bizi – Erməni Apostol Kilsəsinin sədaqətli davamçılarını – onu patriarxlıqdan uzaqlaşdırmağa çağırır. Biz bunu birlikdə edəcəyik. Hazır olun,” – deyə Paşinyan bəyan edib.