Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 10:41

Paşinyan indiki katalikosun axırına çıxdı-YENİSİ GƏLİR

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib. Paşinyan deyib ki, Müqəddəs Eçmiəzdin Baş iqamətgahının boşaldılması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır. Sitat: “Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir”.

Son günlər Nikol Paşinyan II Qareginin könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib. Bu isə dini qaydalara tamamilə ziddir. Yəni, qısa desək, katalikos kısır olmalıdır, evlənməməli və “solaxay işlər”lə məşğul olmamalıdır. Amma katalikos olanda noolar ki! Ermənidir, vacib budur! Yazıq tamahını saxlaya bilməyib… Vaxtında müsəlman olaydı, istədiyini edərdi… Hələ də gecdir!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!