Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan sakinlərini Şəhər Günü münasibətilə təbrik edən videoçarx çəkib.
Tezadlar.az xəbər verir ki, o, videonu öz Telegram kanalında yayımlayıb.
İnternetdə yayımlanan kadrlarda siyasətçi erməni pop müğənnisi Forşun “Yerevan Menq enq” mahnısını dinləyərkən əlləri ilə ürək düzəldib və onu izləyicilərinə göstərib.
“Sabahınız xeyir, hamınıza Erebuni-Yerevan bayramınız mübarək olsun”, – siyasətçi yazıb.
“Erebuni-Yerevan” şəhərin yaranmasının şərəfinə bayramdır və ilk dəfə 1968-ci ildə, 2750 yaşı tamam olanda qeyd edilir. 2025-ci ildə qeyd etmələr oktyabrın 11-dən 12-nə keçən gecə davam edəcək.
E.ŞİRİNOV