Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Mart 2026 / 16:47

Paşinyan qondarma “erməni soyqırımı” muzeyinin direktorunun istefasını istəyib: Təxribatçı hərəkətdir

Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir, çünki bu, münaqişəyə səbəb olur.

Ermənistan KİV-nin məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib və xatırladıb ki, əvvəllər bu mövqeyi ifadə edib.

O, vurğulayıb ki, Qarabağın (Azərbaycanın tarixi ərazisinin -red) Ermənistanla yenidən birləşməsini tələb edən Müstəqillik Bəyannaməsi “münaqişə məntiqi üzərində qurulub”.

Nikol Paşinyan qeyd edib ki, bu məntiq dövlətin (Ermənistanın) “həqiqətən müstəqil” olmasına mane olur.

Paşinyan, həmçinin bildirib ki, “Dağlıq Qarabağ”dan bəhs etmək “hökumətin siyasi gündəliyinə ziddir”.

Buna görə də o, qondarma “erməni soyqırımı” muzey institutunun direktoru Edita Qzoyandan istefa verməsini istəyib, hansı ki, ABŞ vitse-prezidenti C.D. Vensin səfəri zamanı ona “Artsax”ın tarixi haqqında kitab hədiyyə edən Qzoyan da orada olub: “Mən ondan istefa verməsini xahiş etdim, çünki bunu hökumət siyasətinə zidd olan təxribatçı hərəkət hesab edirdim”, – deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, erməni Apostol Kilsəsinin rəhbərliyi də “Ermənistanda müharibə partiyasına rəhbərlik edir”.

“Mən liturgiyada iştirak edirəm və “Artsax Respublikası” ilə bağlı bəyanatlar eşidirəm ki, bu da münaqişəyə çağırış deməkdir.

Bunu necə həll edəcəyik? Əgər mövzunu irəli aparsaq, Azərbaycan da özününkünü irəli aparacaq – onlar inkişaf edəcək, toqquşacaq və müharibəyə çevriləcək”, – deyə Paşinyan bildirib.

Nikol Paşinyan kilsənin də fəaliyyətinə toxunub. Bidirib ki,  kilsə ölkədə cəmiyyətin geniş təbəqələrinə təsir göstərir, lakin özü (kilsə-red) kənardan – “KQB kanalları vasitəsilə” idarə olunur ki, bu da baş nazirin qeyd etdiyi kimi, milli təhlükəsizliyə təhdid yaradır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!