19 Avqust 2025 / 16:58

Paşinyan və Pezeşkian “3+3” regional formatını dəstəkləməyə hazırdırlar

Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian İrəvanda “3+3” regional formatını dəstəkləməyə hazır olduqlarını bəyan etdikləri bəyanatı imzalayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Onlar regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən “3+3” regional məsləhətçi platformasının təşviqini dəstəkləyiblər”, – məlumatda deyilir.

Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb, sonradan “3+3” adlandırılıb. Rusiya və İran bu ideyanı alqışladılar, Ermənistan da bu formata qoşuldu. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!