Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan hakimiyyəti ölkənin gerbindən Ağrı dağının təsvirini silə bilər.
Tezadlar.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan məlumat verib.
O, aydınlaşdırıb ki, bu təşəbbüs baş nazir Nikol Paşinyan hökumətinə məxsusdur və Türkiyə ilə münasibətlərin normallaşması ilə heç bir əlaqəsi yoxdur. Marukyanın sözlərinə görə, onlar bunu “erməni kimliyini dəyişdirmək üçün” etmək istəyirlər.
“İsrar edirəm ki, belə bir şərt yoxdur. Sərhədi açmaq üçün Ermənistanı Ağrı dağını bütün dövlət rəmzlərindən çıxarmağa məcbur edən sənəd göstərsinlər”, – o deyib.
Sentyabrın 14-də Ermənistanın “Land for Life” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bəyan edib ki, Ermənistan hökuməti Türkiyə ərazisində yerləşən Ağrı dağını sərhədi keçmək haqqında möhürlərdən silmək qərarına gəlib. İndi möhürdə yalnız Ermənistana sərhəd keçidinin keçdiyi keçid məntəqəsi haqqında məlumat olacaq.
Ağrı dağı Türkiyədə yerləşir, lakin Ermənistanda milli simvoldur. Hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan qeyd edib ki, Ermənistanın heç bir hərəkəti qonşu ölkələrə təhlükəli siqnallar verməməlidir.
E.ŞİRİNOV