14 İyul 2025 / 18:55

Paul Biya 100 yaşına qədər hakimiyyətdə qalmaq istəyir

Kamerunun 92 yaşlı  Prezidenti Paul Biya səkkizinci dəfə prezident seçkilərində namizəd olacağını açıqlayıb.

“Tezadlar.az” xəbər verir ki, 1982-ci ildən bəri Kamerunun dövlət başçısı olan Biya 12 oktyabrda keçiriləcək seçkiləri qalib başa vurarsa, ölkəyə 100 yaşına qədər rəhbərlik edə bilər.

Dünyanın ən yaşlı dövlət başçısı olan Biya sosial media hesabında belə bildirib:

“Prezidentlik seçkilərində namizədəm. Qarşı-qarşıya olduğumuz çətinliklərin təcili xarakteri nə qədər ciddidirsə, sizə xidmət etmək qərarlılığım da bir o qədər güclüdür. Narahat olmayın.”

Xatırladaq ki, Biya 2008-ci ildə prezidentlik müddəti üçün qoyulan iki dövr limitini ləğv edərək hakimiyyətini uzatmışdı. Müxalifət partiyaları isə 2018-ci il seçkilərinin azad və ədalətli olmadığını irəli sürsə də, Biya həmin seçkiləri 71,28 faiz səslə qazanmışdı.

Kamerun 1960-cı illərin əvvəllərində Fransa və Böyük Britaniyadan müstəqillik əldə etdikdən sonra cəmi iki dövlət başçısı görüb.

Qeyd edək ki, Biyadan əvvəlki prezident Ahmadou Ahidjo 1960-cı ildən 1982-ci ilə qədər, yəni 22 il bu vəzifəni icra etmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!