Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Nika Meliyanı vəzifəsindən qovmaq üçün hər şey edilir – çatışmayan yeganə şey onların bir-birinə fiziki hücum etməsidir”.
TEZADLAR.AZ 24News.ge-ye istinadən xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze “VMH” daxilində baş verən proseslərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, belə bir münaqişə qarşısında yekdilliyi saxlamaq mümkün deyil: “Biz müşahidə edirik və hesab edirəm ki, “Milli Hərəkat”da nə baş verdiyi, hansı polemikanın getdiyi göz qabağındadır. Yeganə çatışmayan odur ki, onlar bir-birlərinə fiziki hücum etmirlər. Gözləyək, görək hadisələr necə inkişaf edəcək. Bilirik ki, Nika Meliyanı vəzifəsindən uzaqlaşdırmaq üçün hər şey edilir. Bunun fonunda yekdilliyi saxlamaq mümkün deyil”, – deyə Kaxa Kaladze bildirib.
Məlumat üçün bildirək ki, “Vahid Milli Hərakat” partiyasında yanvarın 28-də sədr seçkiləri keçiriləcək. “VMH”nın sədrliyi uğrunda 4 namizəd – Nika Melia, Levan Xabeişvili, Giorgi Mumladze və Nona Mamulaşvili mübarizə aparır.