6 Noyabr 2023 / 10:50

PAYTAXTDA SANİTARİYA-GİGİYENA QAYDALARINI POZANLAR CƏRİMƏLƏNİB

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, profilaktik tədbirlər nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbələrinin pozulması faktları aşkarlanıb.

Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə onların barələrində inzibati məsuliyyət tədbirləri görülüb.

Bu istiqamətdə Nərimanov rayonu ərazisində tədbirlər davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!