Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 11:53

Paytaxtda dodaq uçuqladacaq torpaq qiyməti: Sotu 700 min manata yaxın…

Paytaxt Bakıda 1 sotu 684 min manatdan baha qiymətə torpaq sahəsi satılır.

TEZADLAR.AZ  xəbər verir ki, hazırda elan saytlarının birində “Ağ şəhər”də cəmi 57 sot sahəyə malik torpaq nə az, nə çox 39 milyon manata təklif olunur. Bu isə torpağın bir sotunun 684 min manatdan baha qiymətə satışı deməkdir.

Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, paytaxtda bir neçə ərazi var ki, burada qiymətlər rekord həddədir.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər son 4 ildə 55 faiz artıb.

Ekspert əlavə edib ki, buna paralel olaraq tikinti şirkətlərinin aktivliyi də azalıb. İcazələr də az verildiyinə görə ölkədə daşınmaz əmlakın qiyməti dayanmadan artır. Yəni tələb artdıqca, qiymət də yüksəlir. Eyni zamanda hazırda istismar müddəti bitmiş və sökülmə səviyyəsinə çatan 16 min bina mövcuddur. Əgər o söküntü işləri reallaşsa və bu istiqamətdə tikinti şirkətlərinin də aktivliyi çoxalsa, torpaqlara ehtiyac azalacaq və bununla da torpaqların qiyməti stabilləşəcək.

Məsələ ilə bağlı Xəzər TV-nin hazırladığı videosüjeti təqdim edirik:

https://www.youtube.com/watch?v=6WQA-1Ww_h4&t=1s

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!