Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniyanın “Barselona” klubunun futbolçusu Pedri sol budundan zədələnib.
Tezadlar.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçunun bərpa prosesi və komandaya qoşulacağı vaxt barədə məlumat verilməyib.
Qeyd edək ki, yarımmüdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında 72 matçda meydana çıxıb. O, cari mövsüm 13 matçda start heyətində yer alıb və iki qol vurub.