3 Sentyabr 2025 / 23:41

Pələng meşədə kişiyə hücum etdi: bədənin yarısını yeyib

Hindistanın cəngəlliklərində yaşlı kişi pələngin qurbanı olub.

Tezadlar.az xəbər verir ki, 65 yaşlı Manqru Lal Sarrat iki yoldaşı ilə göbələk yığmağa gedib. Onunla birlikdə gedənlərin sözlərinə görə, Sarrat pələngin hücumuna məruz qalaraq meşəyə sürüklənib.

Axtarış işçiləri ertəsi gün axtarışa başlayıblar və meşənin dərinliklərində adamın parçalanmış qalıqlarını tapıblar. Onun bədəninin yarısı yırtıcı tərəfindən yeyilmişdi.

Qalıqları daşımaq üçün yol olmadığından 15 kilometr piyada getməli olublar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!