24 Oktyabr 2025 / 10:25

“Penisillin”i kəşf edən Ser Aleksandr Fleminq görün kim olub…-HƏYAT DƏRSİ

…Şotlandiyalı kasıb bir fermer axşamüstü sahədən evinә qayıdan zaman yolun kәnarındakı bataqlıqdan sәs gәldiyini duyur. Sәs gәlәn tәrәfә gedәndә, bir oğlan uşağının bataqlıqda boğulmaq üzrә olduğunu görür vә onu labüd ölümdәn xilas edir.
 Bir neçә gün sonra onun evinә yaraşıqlı bir kareta yaxınlaşır. Karetadan düşәn Lord özünü tәqdim edib, boğulan oğlanın atası olduğunu bildirir vә fermerә böyük mәblәğdә pul mükafatı tәklif edir. Fermer isə ” Mәnim yerimdә hәr kәs olsa belә hәrәkәt edәrdi, gördüyüm işә görә pul ala bilmәrәm…”,  – deyib tәklifdən imtina edir. Bu zaman evdәn kiçik bir oğlan bayıra çıxır. Onu görәn Lord deyir:
– Yaxşı, onda oğlunu mәnә ver, onu oxuması üçün Londona aparım. Bütün xәrcini özüm verәcәyәm vә ona öz oğlum kimi baxacağam …
 Fermer razılaşır… İllәr sonra o uşaq Londonun mәşhur Sent-Luis Universitetini qurtarıb tanınmış alim olur…
 Bir gün Lordun oğlu ağır sәtәlcәm (ağ ciyәr iltihabı ) tutulur, bütün hәkimlәr ölәcәyini desәlәr dә, həmin alimin kәşf etdiyi dәrman onu ikinci dәfә dә ölümdәn xilas edir … Bu alim, indi artıq Ser Aleksandr Fleminq, kәşf etdiyi dәrman isә “Penisillin! idi!
 ***
Aleksandr Fleminqin laboratoriyası həmişə dağınıq olurmuş. 1928-ci ilin sentyabr ayında bu vəziyyət onun üçün faydalı olur. Laboratoriyasının müxtəlif yerlərində olan sınaqlarını nizamlamağa çalışırmış. Onları sıralayarkən hər birini diqqətlə nəzərdən keçirir. Bu zaman qəribə göbələk koloniyası müşahidə edir. Diqqətlə tədqiq etdikdən sonra Aleksandr Fleminq bu göbələklərin zərərli bakteriyaları öldürdüyünü müşahidə edir. O, bunun kimyəvi və bioloji əhəmiyyətini başa düşür və 1929-cu ildə “Pensillin” adlandırdığı maddənin kəşfi ilə bağlı məqaləsi dərc etdirir. Fleminq ona kömək edən iki dostu ilə birlikdə 1945-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülür…
***
Bu hadisəni ona görə təqdim etdik ki, hər kəs çalışsın xeyirxah olsun, darda olana kömək etsin ki, darda olanda ona da kömək edən tapılsın. Qısası, cəmiyyət xeyirhahlıq meydanına çevrilə bilər, təki hamı bu niyyətdə olsun!
Asif Mərzili
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!