29 Mart 2026 / 07:12

Pentaqondan son qərar: İranda quru əməliyyatlarına hazırlıq gedir!

Trampın razılaşmalarla bağlı söylədiklərinin əksinə olaraq İran ətrafında məsələlər fərqli istiqamətdə cərəyan edir. Məlum olur ki, Pentaqon ABŞ-ın İranda bir neçə həftə davam edə biləcək mümkün quru əməliyyatlarına hazırlaşır. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, “The Washington Post“ qəzeti mənbələrə istinadən belə bir sensasion məlumat yayıb.  Bəlli olur deyilir ki, əgər Prezident Donald Tramp bu planı təsdiqləsə, belə bir addım müharibənin yeni mərhələsinə keçid olacaq və bu mərhələ ABŞ hərbçiləri üçün ilk dörd həftə ilə müqayisədə xeyli daha təhlükəli ola bilər.

Nəşr yazır ki, belə olacağı təqdirdə quru əməliyyatları İranın tam ələ keçirilməsi üçün nəzərdə tutulmur. Mənbələr isə bildiriblər ki, bu əməliyyatların məqsədi İranın Xark adasını ələ keçirmək və ya Hörmüz boğazı yaxınlığındakı sahil ərazilərindəki silahları məhv etməkdən ibarət olacaq.

Bu arada İran prezidenti Məsud Pezeşkian çıxışında qeyd edib ki, ölkəsi sülh istəyir, lakin özünü sonadək müdafiə etməkdən geri çəkilməyəcək.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!